Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Vaşinqtonda Azərbaycanın dinlərarası tolerantlıq modeli müzakirə edilib - FOTO

.

Vaşinqtonun Ceymstaun Fondunda “Azərbaycanda dinlərarası hörmət və dialoq” mövzusunda dəyirmi masa təşkil edilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Simsar.az-a daxil olan məlumata görə, komitə sədri Elşad İskəndərovun ABŞ-a səfəri çərçivəsində keçirilən tədbirin əsas məqsədi Azərbaycanda din-dövlət münasibətləri, dini tolerantlıq, dinlərarası əməkdaşlıq və qarşılıqlı hörmət modelini ABŞ siyasi və akademik elitasına təqdim etmək olub.
Ceymstaun Fondunun nümayəndəsi, Qafqaz regionu üzrə ekspert Vladimir Sokor Azərbaycanın ABŞ-ın önəmli müttəfiqi olduğunu, ölkənin təkcə enerji və təhlükəsizlik məsələlərində deyil həmçinin “dinlərarası münasibətlərin modeli” kimi də ABŞ və ümümilikdə Qərb ölkələri üçün əhəmiyyətini vurğulayıb.
Dəyirmi masanın əsas məruzəçisi kimi çıxış edən Elşad İskəndərov Azərbaycanda yəhudiliyin, xristianlığın və islamın tarixi barədə tədbir iştirakçılarını məlumatlandırıb və Qafqaz Albaniyasının dini-mədəni irsi barədə ətraflı məlumat verib. O həmçinin, Heydər Əliyev Fondunun təşəbbüsü ilə son illər keçirilən tədbirlərin beynəlxalq miqyasda mədəniyyətlər və dinlərarası anlaşmanın yaranması, həqiqi dialoqun aparılması istiqamətindəki işlərindən bəhs edib.
Tədbirin sonunda Azərbaycanın “tolerantlıq modelinin” uğurunu daha yaxından tanımaq, tədqiq və tərənnüm etmək məqsədilə iki ölkənin ictimaiyyəti və əlaqəli dövlət qurumları arasında əməkdaşlığın vacibliyi vurğulanıb.

 






6 Dekabr, 2012  17:34 Baxılıb: 1027 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner